Xəbərlər

Sığorta olunan məhsullar xarici anbara daxil olduqdan sonra əməkdaşlar tərəfindən yoxlanılır və məhsullar sifarişçinin istədiyi parametrə uyğun olub olmaması təyin olunur.

Daşıyıcının məsuliyyətləri

1. Daşıyıcı sığortalanmış məhsulların tamlığına, rənginə , sayına və ölçü uyğunluğlarına vizual baxış keçirməlidir.

2. Sığorta olunan məhsul xarici anbara çatmadan məhsuldan imtina edilərsə, dashıyıcı sığorta haqqı üçün aldığı dəyəri müştəriyə qaytarır.

3. Daşıyıcı “XARICI ANBARA" daxil olmuş sığortalanan məhsulları yalnız qüsurlu olduğu təqdirdə geri qaytarır.

4. Sığorta haqqı, bağlamanın dəyərindən aslı olmayaraq hər bağlama üçün 1 USD olaraq hesablanır və müştərinin xidmət balansına borc məbəği olarq qeyd olunur.

5. Daşıyıcı Elektronik cihazlar və ya bənzər məhsulları yalnız vizual olaraq yoxlayır və Cihazın sazlığına daşıyıcı şirkət cavabdehlik daşımır.

6.Baxış keçirilən bağlama daşıyıcının cavabdehlik daşıdığı hər hansı parametr üzrə uyğun gəlməzsə, sığorta olunmuş məhsulların dəyəri

(link üzrə sifariş edilmiş məhsullara şamil edilir) və çatdırılma haqqı müştərinin balansına qaytarılır.

7. QIRILAN MƏHSULLAR SIĞORTALANMIR. (məsələn: qab-qacaq və s.)

8. İSTİFADƏ OLUNMUŞ (second hand)  MƏHSULLAR HEÇ BİR HALDA SIĞORTALANMIR.

Sifarişçinin məsuliyyətləri

1. Sifarişci sığortalamaq istədiyi bağlamanı sistem üzrə seçməlidir

(sistem üzrə seçilməmiş bağlamalar sığortalı hesab edilmir)

2. Sığorta olunan bağlamaların sığorta haqqı bağlamalar təhvil alınmadan öncə ödəyir .

3. Sığorta olunmuş məhsul çatıb statusu aldıqdan sonra müştəri ən gec 1 iş günü ərzində məhsulu təhvil alaraq ofis daxilində baxış keçirməlidir.

4. Sığorta haqqı, bağlamanın dəyərindən aslı olmayaraq hər bağlama üçün 1 USD olaraq hesablanır